Aprelin 6-da Moskvanın Novodeviçi qəbiristanlığında Liberal Demokrat partiyasının banisi Vladimir Jirinovskinin abidəsi açılacaq.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə heykəltaraş Rusiya Federasiyasının xalq rəssamı Andrey Kovalçuk bildirib.
Onun sözlərinə görə, abidənin açılışı yalnız aprelin 6-da, Jirinovskinin vəfatının ildönümündə baş tutacaq. 2,75 metr hündürlüyündə olan heykəl tuncdan düzəldilib.
Kovalçukun sözlərinə görə, abidənin postamentində siyasətçidən sitat həkk olunub və onun sitatı rəsmi açılışa qədər gizli saxlanılır.