Minik avtomobili yük maşınına çırpıldı, tıxac yarandı -FOTO
27 aprel 2022 02:56 (UTC +04:00)

Minik avtomobili yük maşınına çırpıldı, tıxac yarandı -FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə  “Qələbə” dairəsində baş verib.

Mətbuat prospekti ilə hərəkətdə olan “Toyota” markalı avtomobil Abdulvahab Salamzadə küçəsində olan “İsuzu” markalı yük maşınına çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Ərazidə tıxac yaranıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri ərazidən götürülüb. Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.
 

# 1278
avatar

Oxşar yazılar