ABŞ-da meymun öz sahibindən qaçaraq pivə içib və sərxoş olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İndianapolisdə Momo adlı meymun sahibindən qaçıb. Ev heyvanının sahibi kömək üçün polislə əlaqə saxlayıb. O, həmçinin yerli sakinlərdən axtarışda kömək edə biləcək hər hansı məlumatı vermələrini xahiş edib.
Bir müddət sonra Momo zibil qutusunu vərəqləyərkən və atılmış şüşədən pivə içərkən görünüb. Bundan az sonra polis meymunu tutaraq sahibinə təhvil verə bilib.
Məlum olub ki, Momo ilk dəfə deyil ki, evdən qaçır. İyul ayında da ev heyvanı bir neçə gün yoxa çıxıb. Lakin sonra tapılıb. Bildirilir ki, İndianapolis xüsusi xidmət orqanlarında qeydiyyata alınması şərti ilə “vəhşi və ya təhlükəli” heyvanlara sahib olmağa icazə verir.