Məşhur reper hamilə arvadını boğdu
14 fevral 2023 15:58 (UTC +04:00)

Məşhur reper hamilə arvadını boğdu

0

26 yaşlı amerikalı reper Playboi Carti ABŞ-ın Corciya ştatında hamilə sevgilisinə təcavüz etdiyi üçün həbs edilib.

Lent.az xarici mediaya istinadən bildirir ki, qadının iddialarına görə, 2022-ci il dekabrın 20-də reper onu boğmağa cəhd edib. O, qadının boğazından tutub, itələyib və uzun müddət boynunu sıxıb. Qadının sözlərinə görə, o, öləcəyini düşünüb. Qadının sinə və boyun nahiyəsində qançırlar olub.

Zərərçəkmiş iki ildir Playboi Carti ilə münasibətdədir. 2022-ci ilin iyul ayından birlikdə yaşayırlar və hücum zamanı qadın 15 həftəlik hamilə olub. Qadının sözlərinə görə, hücuma səbəb atalıq testi ilə bağlı mübahisə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2187

Oxşar yazılar