Avropa Komissiyası onlayn satış platforması “AliEkspress”lə bağlı təhqiqata başlayıb.
Lent.az xəbər verir ki, komissiya platformanın müştəriləri qeyri-qanuni mallar, xüsusilə də dərman preparatlarının satışından necə qoruduğunu araşdırır. Şirkətdən noyabrın 27-dək Avropanın yeni qanunvericiliyinə necə əməl etdiyini izah etmək tələb olunur.