Dünyaca məşhur “İl Divo” qrupunun dörd üzvündən biri Karos Marin vəfat edib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, xəbəri qrupun digər üzvləri sosial şəbəkələrdə paylaşıb.
Xatırladaq ki, ispaniyalı bariton dekabrın əvvəlində koronavirusa yoluxmuşdu. Vəziyyəti getdikcə pisləşən müğənninin həyatını xilas etmək mümkün olmayıb.