Mayk Mitçell, məşhur şotlandiyalı aktyor
25 iyul 2021 14:02 (UTC +04:00)

Mayk Mitçell, məşhur şotlandiyalı aktyor

Məşhur aktyorun gözlənilməz ölümü-TƏFƏRRÜAT

Məşhur şotlandiyalı aktyor Mayk Mitçell Türkiyədə Muğlanın Fethiye rayonunda vəfat edib. 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə türkiyəli jurnalist-yazar Talat Artilla sosial şəbəkədə yazıb.
T .Atilla bildirib ki, “Türkiyənin dostu, “Gladiator” filminin aktyroru, “Körpə Aylan” filmindəki tərəfmüqabili M. Mitçell Fəthiyədə vəfat edib. 

M. Mitçellin ürək tutmasından öldüyü ehtimal edilir. Belə ki, 65 yaşlı aktyorun bir yaxta limanında uzun müddət duş kabinəsindən çıxmadığını görən liman müdiri kabinəyə daxil olub və  onu yerdə hərəkətsiz vəziyyətdə görüb. Hadisə yerinə gələn həkim heyəti onun həyatını itirdiyini bildirib.
Faktla bağlı araşdırma başlanıb. 
Qeyd edək ki, “Cəsur Ürək” filmindən tanınan məşhur aktyor, Çanaqqala döyüşünün məlum olmayan hekayələrindən bəhs edən “Dəsmalım kəklikotu qoxusu verir”, eləcə də qanunsuz miqrantlar Suriyadan Yunanıstana köç edərkən Bodrumda qayığın batması nəticəsində ölən 3 yaşlı Aylanın faciəsindən bəhs edən sənədli filmdə də rol alıb.  Aktyor Türkiyənin xoşməramlı mədəniyyət və sənət səfiri olub. 

# 3603
avatar

Oxşar yazılar