Melaniya Tramp öz təşkilatını yaratdı
13 fevral 2021 07:52 (UTC +04:00)

Melaniya Tramp öz təşkilatını yaratdı

ABŞ-ın 45-ci prezidenti Donald Trampın xanımı yeni təşkilat – “Melaniya Trampın ofisi”ni yaratdığını bəyan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaratdığı təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

“Melaniya Tramp “Melaniya Trampın ofisi”nin açılışını elan edir”, - deyə təşkilatın “Twitter” hesabındakı ilk paylaşımda qeyd olunub. ABŞ-ın keçmiş birinci xanımı həmin paylaşımı özünün “Twitter” səhifəsində də yerləşdirib.

“CNN” telekanalının məlumatına görə, “Melaniya Trampın ofisi” uşaqlara kömək məqsədi daşıyacaq və uşaqların sağlamlığı, rifahı və onların internetdə təhlükəsizliyi mövzularına köklənən “Be Best” (“Ən yaxşı olun”) məlumat xarakterli təşəbbüsünün davamı olacaq.

Təşkilatın qərargahı Florida ştatının Palm-Biç şəhərində yerləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

Oxşar yazılar