Meksikadakı futbol oyunu zamanı azarkeşlər güllələndi: Ölənlər və yaralananlar var
06 iyul 2021 09:06 (UTC +04:00)

Meksikadakı futbol oyunu zamanı azarkeşlər güllələndi: Ölənlər və yaralananlar var

0

Meksikanın Kuernavaka şəhərində (Morelos ştatı) yerli komandaların oyunu zamanı naməlum şəxslər tamaşaçılara silahdan atəş açıblar.

APA “El Universal” nəşrinə istinadən xəbər verir ki, silahlı insident nəticəsində azarkeşlərdən 4-ü ölüb, 3-ü yaralanıb.

Silahlı şəxslər stadiona üç motosikletlə gəliblər. Sonra onlar tamaşaçılara atəş açdıqdan sonra oradan uzaqlaşıblar. Polisin isti izlərlə əməliyyat - axtarış tədbirləri zamanı məlum olub ki, silahlılar narkotik qruplaşmanın üzvləridir. 

Qeyd edək ki, sözügedən stadionda tez-tez mütəşəkkil cinayətkar dəstələr arasında analoji hadisələr baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1946

Oxşar yazılar