Afrika əsilli Corc Floyd
21 aprel 2021 15:21 (UTC +04:00)

Afrika əsilli Corc Floyd

Məhkəmə qara dərili vətəndaşı qətl edən polislə bağlı QƏRAR VERDİ-VİDEO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Afrika əsilli Corc Floydun öldürülməsi ilə bağlı məhkəmədə münsiflər heyəti sabiq polis zabiti Derek Çovini təqsirləndirib.

Lent.az TRT-yə istinadən bildirir ki, Minneapolisdəki Hennepin Bölgə Məhkəməsində 4 həftədir davam edən istintaqda dünən 12 nəfərlik münsiflər heyəti təxminən 10 saat davam edən müzakirədən sonra yerli vaxtla 16.10-da qərarını elan edib.

Münsiflər heyətinin hakim Peter Cahill tərəfindən oxunan qərarında Çovin, barəsində 2 və 3-cü dərəcəli cinayət hadisəsi ilə 2-ci dərəcəli insan ölümü ittihamlarının hər birindən günahkar hesab edilib. Hökm oxunduqdan sonra Çovin haqqında girovluq aradan qaldırılıb və həbsxanaya yerləşdirilib.

Bu arada, ABŞ Prezidenti Co Bayden Floydun qətlinin ölkədə 1960-cı illərdən bəri ən genişmiqyaslı etirazlara səbəb olduğunu bildirərək, “Floydun öldürülməsi günorta saatlarında törədilmiş bir qətldir. Bu hadisə bütün dünyada sistematik irqçiliyə qarşı görk oldu. Sistematik irqçilik ölkəmizin ruhuna bir ləkədir” deyə vurğulayıb.

Digər tərəfdən, Ağ Evin verdiyi açıqlamada Çovinin təqsirləndirilməsindən sonra ABŞ prezidenti Baydenlə vitse-prezident Kamal Harris tərəfindən Floydun ailəsinə zəng edilərək, “Bu hadisəni heç bir şey daha yaxşı edə bilməzdi, amma ən azından indi bir az ədalət var” deyildiyi bildirilir.

Konqresin Senatoru Demokrat Çarls E. Şumer də Çauvin haqqındakı qərarı, “Çoxumuzun bir ilə yaxındır bildiyi bir şeyin rəsmi elanıdır” deyə şərh edib.

Nümayəndələr Palatasının sədri Demokrat Nancy Pelosi də Konqresdəki Afrika əsilli konqres üzvləri qrupu ilə verdiyi açıqlamada Floydun adının hər zaman ədalətlə sinonim şəklində anılacağına işarə edərək, “Ədalət üçün həyatını qurban verən Floyda təşəkkür edirəm” ifadəsini səsləndirib. Keçmiş polis zabiti Derek Çauvinin Afrika əsilli Corc Floydun ölümündə təqsirkar bilinməsinə ölkə üzrə də müsbət reaksiya gəlib.

İddianın həyata keçirildiyi məhkəmə qarşısında və Floydun ötən il öldüyü meydanda toplaşan yüzlərlə nümayişçi əllərində Floydun şəkillərilə “Ədalət təmin edildi” şüarları səsləndirib.

Münsiflər heyətinin qərarından sonra mətbuat konfransı keçirən Minnesota Baş prokuroru Keith Ellison ədalətin təmin edildiyini bildirərək, istintaqı səbrlə izləyən xalqa təşəkkür edib.

Minnesota valisi Tim Valz da "Twitter" hesabında verdiyi açıqlamada sistematik ədalət çağırışı edərək, “Məhkəmədə cavabdehlik bu işin ilk addımıdır, daha çox işimiz var” ifadələrini paylaşıb.

Sabiq polis məmuru Derek Çovin 25 May 2020-ci ildə Afrika əsilli Corc Floydu nəzarətə götürdüyü ərəfədə dizini boynuna basaraq ölümünə səbəb olmuşdu.

İrqçi polisin əməlləri

# 1575
avatar

Oxşar yazılar