Mask Baydeni seçmədi
30 noyabr 2023 05:53 (UTC +04:00)

Mask Baydeni seçmədi

Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ABŞ Prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə “New York Times” qəzetinin təşkil etdiyi konfransda danışıb.

"Mən Baydenə səs verəcəyimi düşünmürəm", - deyə o bildirib.

Bundan əvvəl NBC telekanalı amerikalıların əksəriyyətinin erkən seçkilərdə keçmiş ABŞ prezidenti Donald Trampı dəstəkləyəcəyini bildirmişdi.

The Independent həmçinin qeyd edib ki, Qəzza və Ukraynadakı münaqişələr Baydenin yenidən seçilməsi ilə bağlı suallar doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3863

Oxşar yazılar