Rusiyada ağır yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə "Vesti.ru" məlumat yayıb.
Saxalin vilayətinin Tomarinski rayonunda baş vermiş faciəvi qəzaya səbəb "Toyota" markalı avtomobilin idarəetməni itirməsi olub.
Bundan sonra nəqliyyat vasitəsio körpüdən çaya düşüb.
Qəzada 4 nəfər ölüb.
Polis əməkdaşları avtomobili sudan çıxarıb, qəzanın baş vermə səbəbləri və şəraiti araşdırılır.