Lukaşenkodan məmurlara XƏBƏRDARLIQ:  "Sevgililərinizi öz pullarınızla saxlayın!"
05 aprel 2025 17:35 (UTC +04:00)

Lukaşenkodan məmurlara XƏBƏRDARLIQ: "Sevgililərinizi öz pullarınızla saxlayın!"

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, hakimiyyət idmana dəstək göstərəcək, lakin yatırılan hər bir rubl nəticə verməlidir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Belraur prezidenti bu sözləri bədən tərbiyəsi və idman təşkilatlarına dəstək məsələsi ilə bağlı keçirilən iclasda deyib:

“Bu pulların hara getdiyini görmək problem deyil. Xahiş edirəm qohumlarınıza, dostlarınıza və sevgililərinizə öz pulunuzla dəstək olun. Klublar öz vəsaitlərini nə dərəcədə ədalətli və qənaətlə idarə edirlər, yoxsa sadəcə olaraq, axmaqcasına istifadə edirlər? Vəsaitlər hansı məqsədlər üçün istifadə olunur? Biz İdman Nazirliyindən milyardlarla rubla başa gələn idman qurğularını istəyəcəyik”.

Lukaşenko vurğulayıb ki, Belarus idmanı lazımi dəstəyi alıb və alacaq, lakin o, öz bəhrəsini verməlidir. “İrəliləyiş olmasa, pul da olmayacaq”, - deyə dövlət başçısı qeyd edib.

Prezident ilk növbədə komanda idmanında asayişi bərpa etmək üçün nə edildiyini, klublara və federasiyalara gedən dövlət pullarına necə nəzarət edildiyini soruşub. Onun sözlərinə görə, ölkədə müəyyən dəstəkləyici komandalar, məşqçilər və idmançılar sistemi formalaşıb.

"Biz lazımsız hər şeyi atıb, bundan sonra necə yaşayacağımıza qərar verməliyik. Dövlət infrastrukturun yaxşılaşdırılması, üstünlüklərin yaradılması, uşaq idmanı üçün böyük vəsait ayırır. Əgər biz Qərb yolu ilə getsəydik, bu gün ölkədə idman olmazdı", - Lukaşenko bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16