İngiltərənin Trafalqar meydanında baş tutmalı olan Yeni il şənlikləri ləğv edilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Londonun bələdiyyə sədri Sadiq Xan xəbər verib.
“Bu, şəhər sakinlərimizi kədərləndirəcək, amma biz virusun yayılmasının qarşısını almaq üçün bu addımları atmalıyıq”, - mer vurğulayıb.
Qeyd edək ki, İngiltərədə son günlər koronavirusa yoluxma halı 2 dəfə artıb.
Yoluxanların 60 faizində yeni “Omikron” ştammı olduğu aşkarlanıb.