“Larri” qasırğası Nyufaundlend adasında həyatı iflic etdi
11 sentyabr 2021 20:25 (UTC +04:00)

“Larri” qasırğası Nyufaundlend adasında həyatı iflic etdi

Kanadanın Nyufaundlend adasının şərq sahillərində 60 min sakin “Larri” qasırğası səbəbindən elektrik enerjisiz qalıb. 

APA “CBC” telekanalına istinadən xəbər verir ki, bu barədə Kanada Milli Hava Bürosu məlumat yayıb.

Bildirilib ki, cümə günündən şənbə gününə keçən gecə bəzi yerlərdə qasırğanın sürəti 50,5 m/s-yə çatıb. 

Şənbə günü səhər saatlarında küləyin sürəti 17-22 m/s-yə düşüb. Yüzlərlə ağac, yol nişanı və reklam şitləri qırılıb. Adanın yol infrastrukturuna ciddi izyan dəyib. Bəzi evlərin damları uçub. Hazırda bəzi yollarda daşqın səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. 

İnsan tələfatı barədə məlumat verilməyib.
 

# 1119
avatar

Oxşar yazılar