ABŞ-da ötən həftə dağıntı və tələfata səbəb olan qasırğa ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.
Lent.az-ın xəbərinə görə, İndiana ştatının sakini səhər avtomobilinə yaxınlaşarkən şüşəyə bir şəkil yapışdığını görüb.
Şəklin arxasındakı yazıdan onun 1942-ci ildə çəkildiyi məlum olub. Qadın fotonu sosial şəbəkədə paylaşdıqdan sonra onun sahibi tapılıb. Məlum olub ki, ailə fotosunu qasırğa 200 km uzaqdakı şəhərdən gətirib.