Koronadan qorunmaq istəyirdi, ömürlük xəstəlik qazandı
12 noyabr 2021 01:40 (UTC +04:00)

Koronadan qorunmaq istəyirdi, ömürlük xəstəlik qazandı

0

 İsveçrə vətəndaşı koronavirusa qarşı immunitetini möhkəmlətmək istəyərkən vəziyyəti ağırlaşıb.

Lent.az-ın xəbərinə görə Yura kantonunun sakini rəngi göyərdiyi üçün həkimə müraciət edib. 

Anamnez zamanı onun bədənini möhkəmlətmək üçün  gümüş tozunu südə qataraq içdiyi məlum olub. Pasientə arqiroz, yəni gümüşlə zəhərlənmə diaqnozu qoyulub. 

Xəstəyə tibbi yardım edilərək simptomlar yüngülləşsə də dərinin rəngi ömürlük qalacaq. Bu xəstəliyin fəsadları demək olar ömürlük qalır. 

Qeyd edək ki, aseptik xüsusiyyətinə görə gümüşün orqanizmə faydası qədim dövrdən məlumdur. Lakin bu metalı orqanizmə qəbul etmək hər zaman ağır fəsad doğurur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2595

Oxşar yazılar