Kiyevə “Şahed” və digər pilotsuz uçuş aparatları ilə hücum olub.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
20-dən çox hava hədəfi vurulub.
Dronlaral kütləvi hücum zamanı bir nəfər ölüb biri isə xəstəxanaya yerləşdirilib.
“35 yaşlı qadın yanacaqdoldurma məntəqələrindən birinin binasının yaxınlığında PUA-nın dağıntılarının düşməsi nəticəsində paytaxtın Solomenski rayonundakı xəstəxanaya yerləşdirilib. 41 yaşlı kişi isə dünyasını dəyişib”, - deyə Kiyev meri Kliçklo bildirib.
Həmçinin PUA-nın 7 mərtəbəli qeyri-yaşayış binasına dəydiyi və yanğın baş verdiyi qeyd olunub.
***
Saat 05:42
Kiyevdə partlayışlar baş verib.
Lent.az xəbər verir ki, bu barədə mer Vitali Kliçko “Telegram” kanalında bildirib.
Mer bildirib ki, məlumat dəqiqləşdirilir.
O, həmçinin bəyan edib ki, Kiyev vilayətində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.
Ukrayna KİV-ləri yazıb ki, partlayışlar Ukraynanın bir sıra regionlarında, xüsusilə Jitomir və Sumı vilayətlərində baş verib.
Mayın 28-nə keçən gecə Ukraynanın Çerniqov, Sumı, Dnepropetrovsk, Poltava, Çerkassı, Kirovoqrad, Nikolayev, Vinnitsa, Jitomir, Rivne və Xmelnitski vilayətlərində, eləcə də Xerson vilayətinin bir hissəsində hava həyəcanı elan edilib.