Şimali Koreya lideri Kim Çen In Pxenyanda yeni küçənin təməlqoyma mərasimində iştirak edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kim şənbə günü paytaxt Pxenyanın Sopo rayonunda 4100 ev tikmək layihəsinin bir hissəsi olan mərasimə qatılıb.
Küçənin KXDR-də "inkişaf və sosializmin gələcəyinin simvolu"na çevriləcəyi bildirilib.
Mərasimə Kim Çen Inın qızı Kim Joo-enin də qatıldığı, lakin onun adı çəkilmədiyi qeyd olunur.