ABŞ-ın 35-ci lideri Con Kennedinin qardaşı oğlu prezidentliyə namizəd olmaq üçün ərizə verib.
Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Vəkil Robert Kennedi Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün müraciət edib.
Bundan əvvəl amerikalı iş adamı Perri Conson 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyi uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu açıqlamışdı.