Patris Lumumba
22 iyun 2022 07:00 (UTC +04:00)

Patris Lumumba

Keçmiş baş nazirin dişi vətənə qaytarıldı

 Qətlə yetirilməsindən 61 il sonra Patris Lumumbanın cənazəsinin qalığı Konqo Demokratik Respublikasına qaytarılıb.

Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, qalıq 1 dişdən ibarətdir. Dişin saxlandığı qutunu Brüsseldən gətirən təyyarə Kinşasaya enib. Qalıq başqa təyyarə ilə keçmiş Baş nazirin doğulduğu Sankuru əyalətinə aparılacaq. Ölkədə bu məqsədlə 3 gün matəm elan olunması və qalığın hərbi mərasimlə dəfn olunması planlaşdırılıb. 

Qeyd edək ki, 2016-cı ildə Belçika prokurorluğu keçmiş polis işçisinin qızından bir diş müsadirə edib. Təhqiqat zamanı qızın atasının 1961-ci ildə Lumumbanı öldürən dəstənin üzvü olduğu ortaya çıxıb. O, mərhumun dişlərini çıxararaq özündə saxlayıb. 2020-ci ildə məhkəmə dişin Konqo Demokratik Respublikasına qaytarılmasına qərar verib. Ehtimal olunur ki, Lumumbanın daha bir dişi və barmağı da Belçikadada saxlanılır.

Xatırladaq ki, 1960-cı ildə müstəqil Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Lumumba 17 yanvar 1961-ci ildə katanqa qəbiləsindən olan əsgərlər tərəfindən öldürülüərək basdırılıb. Ertəsi gün cənazə çıxarılaraq turşuda əridilib. Prosesə belçikalı zabitlərin rəhbərlik etdiyi iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar