Benyamin Netanyahu
13 dekabr 2021 06:13 (UTC +04:00)

Benyamin Netanyahu

Keçmiş baş nazirin ailəsi bu güzəştdən MƏHRUM EDİLDİ

Bu gündən İsrailin müxalifət lideri, keçmiş baş nazir Benyamin Netanyahunun ailəsinin təhlükəsizliyinin dövlət tərəfindən təmin edilməsinin dayandırılması barədə qərar qəbul edilib.

APA xəbər verir ki, bu barədə “Ediot Ahronot” qəzeti məlumat yayıb.

Bildirilib ki, Netanyahunun ailəsinin mütəmadi olaraq ölümlə təhdid edilməsinə baxmayaraq, nazirlər komissiyası tərəfindən belə bir qərar qəbul olunub.

Qeyd edək ki, keçmiş baş nazirin istefasından sonra dövlət tərəfindən ilk 6 ay ərzində ailəsinə təhlükəsizlik işçiləri və sürücü verilmişdi, Bu müddət dekabrın 13-də başa çatıb.

Bazar günü Netanyahu “Twitter”də ailəsinə qarşı edilən təhdidlərin skrinşotlarını yerləşdirib və qeyd edib ki, təkcə son iki gündə sosial mediada həyat yoldaşı Sara, habelə oğulları Yair və Avner üç dəfə ölümlə hədələniblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Oxşar yazılar