Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB
08 may 2025 21:26 (UTC +04:00)

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

Lent.az xəbər verir ki, 267-ci Papa ABŞ-dan olan Robert Francis Prevostdur.

Qeyd edək ki, o, ABŞ-dan seçilən ilk Papadır.

Yeni Papa Vatikanda eyvana çıxaraq ictimaiyyəti salamlayıb. 

O, XIV Lev adını qəbul eləyib.

***

20:32

Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.

Lent.az xəbər verir ki, Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.

Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər.

Yeni Papanın kim olduğu hələlik məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950

Oxşar yazılar