Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Çeçenistan rəhbəri Ramzan Kadırovun təklifinə cavab verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, Kadırovun 2024-cü ildə keçiriləcək prezident seçkilərini hərbi əməliyyatlara görə müvəqqəti olaraq ləğv etmək və ya xüsusi seçkilərlə əlaqədar bir namizəd Vladimir Putinlə keçirmək təklifini şərh edib.
“Düşünürəm ki, seçkilər təxirə salınmamalıdır”, - deyə deputat müsahibəsində qeyd edib.
Çepanın sözlərinə görə, bu gün insanların ona nə dərəcədə etimad göstərdiyini müəyyən etməkdən ötrü prezident üçün seçkilər vacibdir.
Siyasətçi həmçinin seçkilərin bir neçə namizədlə keçirilməsini düzgün adlandırıb. Çünki bu, nəticəni şübhə altına almağa imkan verməyəcək.