Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskini qətlə yetirməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə İnterfax hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
İstintaq Trepovanı kafeyə içərisində partlayıcı qurğu quraşdırılmış Tatarskinin büstü olan qutu gətirməkdə şübhəli bilir.
78.ru saytı mənbəyə istinadən xəbər verir ki, OMON və FTX əməkdaşları saxlanılan şəxsin mənzilinə daxil olublar.