Jirinovski koronavirusa qarşı  altı peyvənd   vurdurub
26 oktyabr 2021 11:38 (UTC +04:00)

Jirinovski koronavirusa qarşı altı peyvənd vurdurub

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski il yarım ərzində yeddi peyvənd etdiyini, o cümlədən onun altısının COVID-19 peyvəndi olduğunu söyləyib.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, siyasətçinin etiraf etdiyi kimi, ilk üç peyvənd “Sputnik V” peyvəndi olub. Antiteli azalmağa başlayanda üçüncü dozanı vurdurub.

Altı aydan sonra Jirinovski koronavirusa qarşı başqa bir Rusiya peyvəndinin “EpiVac”ın iki dozası ilə peyvənd olunub.

Yeddinci peyvənd Jirinovskinin hər il etdiyi qripə qarşı peyvənddir.

Siyasətçi onu da qeyd edib ki, rusiyalılar peyvənd vurdurmasa xəstəliyi dayandırmaq mümkün deyil. Onun fikrincə, peyvənd olunarlarsa, “infeksiya” keçəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3494

Oxşar yazılar