Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İdarəsinin Xüsusi mühüm işlərin araşdırılması departamentindən 15 milyon rubl (təxminən 349 min 500 manat) oğurlayanlara cəza verilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Kazanın Vaxitovski Rayon Məhkəməsi hadisənin 3 iştirakçısına 3 il müddətinə cəza verib.
Soyğunçuluq işində Nikita Karabayev, Danil Elinson və Ruslan Nurqaliyev təqsirli bilinib. İstintaq və məhkəmə müəyyən edib ki, 2021-ci il oktyabrın 4-nə keçən gecə 3 məhkum cinayət ortağı Civan Mxitaryan və böyük məhkəmə-tibbi eksperti Marat Şakirovla birlikdə İstintaq Komitəsinin binasına daxil olub. Müşahidə kameralarının linzalarını möhürləyərək seyfi açıblar. Külli miqdarda vəsait ələ keçiriblər. Pul tanınmış tatar iş adamının işində maddi sübut olub. Versiyalardan birinə görə, oğruların əsl hədəfi iş adamına qarşı açılmış cinayət işinin materialları olub və onlar da oğurlanıb.
Dörd müttəhim 2022-ci il oktyabrın 6-da Almetyevskdə saxlanılıb. Mxitaryan qaça bilib, o, hazırda axtarışdadır. Şakirov isə hökmü gözləyir.