2022-ci ilin yayında Avropada həddindən artıq istilər səbəbindən 61 mindən çox insan həyatını itirib.
Lent.az xəbər verir ki, bu barədə məlumat "Nature Medicine" jurnalında dərc olunub.
Alimlər mayın 30-dan sentyabrın 4-dək olan dövr üçün ölüm göstəriciləri, o cümlədən ölənlərin yaşı və cinsinə dair məlumatları təhlil ediblər. Qeyd olunur ki, bu müddət ərzində Avropada 61 672 nəfər həddindən artıq istidən dünyasını dəyişib ki, bu da həmin müddət ərzində Avropa ölkələrində adi ölüm göstəricilərini üstələyərək 36 min nəfər təşkil edib.
İstidən ölənlərin sayı ən çox İtaliyada qeydə alınıb - 18 min nəfər. İkinci yerdə 11,300 ölümlə İspaniya gəlir. Almaniya 8173 ölümlə üçüncü, Fransa 4807 ölümlə dördüncü yerdədir. Hər milyon nəfərə düşən istidən ölümlər ən çox İtaliya, Yunanıstan, İspaniya və Portuqaliyada olub. Tədqiqatçıların fikrincə, qadınlar arasında istidən ölüm nisbəti kişilərlə müqayisədə 56 faiz çox olub.
Bu araşdırma iqlim dəyişikliyinin yaratdığı təsirlərin şiddətini və ekstremal hava hadisələrinin öhdəsindən gəlmək, eləcə də onlara uyğunlaşmaq üçün tədbirlər görmək zərurətini vurğulayır.