İstanbuldakı terrorda  şübhəli bilinən   məhv edildi
24 fevral 2023 13:58 (UTC +04:00)

İstanbuldakı terrorda şübhəli bilinən məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada 2022-ci ilin noyabrında İstanbulda terror aktının təşkilində əli olan şəxsi məhv edib. 

Lent.az bildirir ki, bu barədə “Habertürk” telekanalı idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət kəşfiyyat orqanlarının məlumatına görə, 6 nəfərin ölümünə səbəb olan partlayışın hazırlanmasında əsas rol oynayan Xəlil Mencidən gedir. Həmin şəxs Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) himayəsində olub.

Əməliyyat Suriya ilə sərhəddə yerləşən Əl-Qamışlı şəhəri ərazisində həyata keçirilib. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Həmin terror aktı 2022-ci il noyabrın 13-də İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində baş verib. Altı nəfər ölüb, üçü rus olmaqla 81 nəfər yaralanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Oxşar yazılar