İsrailə görə 6 yaşlı müsəlman  uşağı vəhşicəsinə öldürdü - 53 il HƏBS CƏZASI
03 may 2025 12:14 (UTC +04:00)

İsrailə görə 6 yaşlı müsəlman uşağı vəhşicəsinə öldürdü - 53 il HƏBS CƏZASI

ABŞ-ın İllinoys ştatında 73 yaşlı Cozef Çuba altı yaşlı uşağı nifrətlə qətlə yetirdiyinə görə mayın 2-də 53 il həbs cəzasına məhkum edilib. O, Qəzzada müharibənin başlamasından bir neçə gün sonra amansız hücumda bir müsəlman uşağı öldürüb, anasını isə ağır yaralayıb.

Lent.az “Associated Press”ə istinadla xəbər verir ki, fevral ayında 73 yaşlı Cozef Çuba Vadi Əlfayouminin ölümü və anası Hanan Şahinin yaralanması ilə əlaqədar qətl, adam öldürməyə cəhd və nifrət cinayətlərində təqsirli bilinib. 2023-cü ilin oktyabrında ana və oğlu müsəlman olduqları üçün, eləcə də İsraillə Həmas arasındakı müharibəyə cavab olaraq Çubanın hədəfinə çevriliblər. Hadisə zamanı Fələstin əsilli amerikalı ailə Çikaqo şəhərətrafı bir evdə Çubanın evində kirayədə qalıblar. 

Məhkəmə iclasında çıxış edən yeganə ailə üzvü uşağın böyük əmisi Mahmud Yusif olub. O, 53 il həbs cəzasının az olduğunu bildirib. Onun sözlərinə görə, uşağın valideynlərinin onunla bağlı planları olub və Çuba onları bundan məhrum edib.

“Chicago Tribune” xəbər verir ki, Yusif Çubadan oğlana və anasına niyə hücum etdiyini izah etməsini istəyib, lakin Çuba cavab verməyib.

Ananın ürəkağrıdan ifadəsi və ümidsiz 911 zəngi, həmçinin hadisə yerindən çəkilmiş fotoşəkillər və polis videosu məhkəmədə sübut kimi təqdim edilib. Cümə günü münsiflər 90 dəqiqəyə qərara gəliblər. “Associated Press” qeyd edir ki, bu hadisədə edam cəzası yoxdur.

Polis bildirib ki, Çuba bıçaqla uşağa 26 bıçaq zərbəsi vurub və onu uşağın bədənində qoyub.

Dəhşətli qətl ABŞ-da müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı narahatlıqları artırıb. Böyük Fələstin icmasının yaşadığı Plainfield və ətraf ərazilərə, xüsusilə də ağır zərbə vurub.

Uşağın ölümü ilə bağlı ayrı-ayrı iddialar qaldırılıb və ABŞ Ədliyyə Nazirliyi nifrət cinayətləri üzrə federal araşdırmaya başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar