Fələstinin HƏMAS yaraqlıllarının Qəzza zolağından hücumu nəticəsində həlak olan israillilərin sayı 700-ü ötüb.
Lent.az xəbər verir ki, bu barədə "Kan" televiziyası məlumat yayıb.
2200-dən çox İsrail sakini yaralanıb.
Daha əvvəl 600-ə yaxın ölü, 2150-ə yaxın yaralının olduğu bildirilirdi.
İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu bildirir.