Mühasirəyə alınmış Qəzza zolağından təşkil edilən hücumlar nəticəsində İsraildə ölənlərin sayı 300 nəfərə çatıb.
Lent.az-ın İsrail Ordusu Radiosuna istinadən verdiyi məlumata görə, HƏMAS-ın silahlı qanadının təşkil etdiyi terror aktları nəticəsində indiyədək 300 israilli həlak olub. Ölkə üzrə yaralananların sayı 1000 nəfəri ötüb.