İranın hökumət nümayəndə heyəti Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib -YENİLƏNİB
19 may 2024 20:13 (UTC +04:00)

İranın hökumət nümayəndə heyəti Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib -YENİLƏNİB

İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

Lent.az-ın məlumatına görə, bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.

Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə kəskin duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.

***

Saat 19:07

Vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Nazirlər Kabinetinin sözçüsü məlumat verib.

 

***

18:20

 

“İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir”.

Lent.az xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələrini çətinliklə üzləşdirib.

 

***

 

***

18:04

 

“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.

Lent.az  xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirməsi ilə bağlı İRNA yayıb.

Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.

***

17:48

 

«Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik».

Lent.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehr agentliyinə bildirib.

Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:

“Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək”.

Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:

“Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”.

 

**

 

İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirib.

Lent.azxəbər verir ki, bu barədə İran Dövlət xəbər agentliyi məlumat yayıb.

Bu helikopterin sərnişinləri arasında Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub.

Xilasetmə qrupları qəza yerinə yollanır.

 

***

17:04

 

İran prezidenti İran Prezidenti Seyid İbrahim Rəisinin helikopteri “təcili eniş” edib

Lent.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İran prezidentini daşıyan helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında təcili eniş edib və onun göyərtəsində xarici işlər naziri də olub.

# 8277
avatar

Oxşar yazılar