İrəvan aeroportundakı rus sərhədçilərlə bağlı İSTİNTAQ
10 fevral 2024 00:29 (UTC +04:00)

İrəvan aeroportundakı rus sərhədçilərlə bağlı İSTİNTAQ

Ermənistan hökuməti Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanındakı fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Son bir neçə ayda Rusiya sərhədçiləri hava limanında çoxsaylı özbaşınalıqlar törədiblər.

Son olaraq sosial şəbəkələrdə məlumat yayılıb ki, “Zvartnots” hava limanında Rusiya sərhədçiləri Bişkek-İrəvan reysi ilə gələn Qırğızıstan vətəndaşına yaxınlaşaraq, ona ABŞ-də keçiriləcək prezident seçkilərində Trampa səs verməsini istəyiblər.

Qırğızıstan vətəndaşı da cavabında Ermənistana uçduğunu və ABŞ-la heç bir əlaqəsi olmadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5223
avatar

Oxşar yazılar