İranda müdafiə müəssisələrinə pilotsuz təyyarələr “Mossad”ın əməliyyatı zamanı endirilib.
Lent.az bildirir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, əməliyyatın təşkilatçıları məqsədlərinə nail olublar. Xüsusilə, pilotsuz təyyarə İranın mərkəzində İsfahanda “Müdafiə Nazirliyinin qabaqcıl silah istehsalı obyektinə” hücum edib.
Mənbələrin bildirdiyinə görə, dörd müxtəlif rayondakı binalar vurulub. Peyk fotoşəkilləri obyektlərdən birinin damının bir qədər zədələndiyini göstərir, lakin nəşrin həmsöhbətləri hələ də “Mossad” əməliyyatını uğurlu adlandırırlar.
Xatırladaq ki, yanvarın 29-na keçən gecə KİV İsfahan şəhərində döyüş sursatı istehsalı üçün müdafiə zavodunda yanğın baş verməsi barədə məlumat vermişdi.
İran Müdafiə Nazirliyi yanğının yanvarın 28-i axşam saatlarında pilotsuz təyyarənin hücumu ilə başladığını bildirib. Eyni zamanda, İran hərbçiləri hücumun məqsədlərinə çatmadığını iddia ediblər: pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə vasitəsi ilə vurulub, digər ikisi isə müdafiə tələlərinə düşüb və partlayıb”.