Fevralın əvvəlində İran televiziyaları ölkədə yeni yeraltı aviabaza düzəldildiyi barədə məlumat vermişdilər.
Lent.az-ın xəbərinə görə, hətta televiziyaya müsahibə verən generallar lovğalanırdılar ki, bir neçə yüz metr dərinlikdəyi bazanın yerini heç kim tapa bilməz. Amma...
Bu günlərdə Kaliforniyadan olan mütəxəssislər bazanın koordinatlarını dəqiq müəyyən edərək sosial şəbəkədə paylaşıblar. Maraqlıdır ki, onlar bunun üçün heç bir məxfi əməliyyat sənədinə istinad etməyiblər. Sadəcə olaraq açıq istifadədə olan peyk təsvirləri tutuşdurularaq nəticə alınıb.