İranda zəlzələ baş verdi
22 fevral 2023 07:04 (UTC +04:00)

İranda zəlzələ baş verdi

İranda 5,1 bal gücündə zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, fevralın 21-də Bəndər Abbas şəhərindən 113 kilometr məsafədə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Oxşar yazılar