İranda üç günlük milli matəm elan edildi - 500-dən çox insan öldü
12 yanvar 2026 00:09 (UTC +04:00)

İranda üç günlük milli matəm elan edildi - 500-dən çox insan öldü

0

İran hakimiyyəti iğtişaşlarda həlak olanlar üçün üç günlük milli matəm elan edib.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” İran dövlət mediasına istinadən məlumat yayıb.

İran prezidenti Məsud Pezeşkyanın matəmlə bağlı tədbirlərdə iştirak etmək niyyətində olduğu bildirilir.

Siyasətçi həmçinin vətəndaşları 12 yanvarda həmrəylik yürüşündə iştirak etməyə çağırıb.

Ölkə ərazisində baş verən iğtişaşların 500-dən çox insanın ölümünə səbəb olduğu bildirilir.

İranın daxilində və xaricində fəallardan əldə olunan son rəqəmlərə görə, iki həftəlik iğtişaşlarda 490 etirazçı və 48 hüquq mühafizə orqanı əməkdaşı həlak olub, 10.600-dən çox insan isə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar