İranda sərhədçi öldürülüb.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, hadisə İranın Sistan və Bəluçistan əyalətinin Zabul sərhəd bölgəsində baş verib.
Bildirilir ki, İran Sərhəd Qüvvələrinin kapitanı Qurbanəli Piri bir qrup qaçaqmalçı ilə baş verən silahlı qarşıdurma zamanı qətlə yetirilib.