İranda molla rejiminə qarşı etiraz aksiyalarının iştirakçılarından daha biri edam edilib.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, hakimiyyət bu dəfə Möhsün Şəkəri adlı gənc oğlanın həyatına son qoyub.
İran məhkəməsi Möhsün Şəkərini Bəsici agentinə silahı ilə hücum və Tehranda Səttar Xan küçəsini bağlamaq və digər ittihamlarla edam cəzasına məhkum edib.
Hökm bu gün səhər icra edilib.