İndoneziyanın Sumatra adasında zəlzələ nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.
Zəlzələnin maqnitudası 5,7, dərinliyi 10 km olub. Yeraltı təkanların episentri Sibolqa şəhərindən 37 km cənubda olub.