İmtahanda süni intellektdən  istifadə etdi, həbs olundu
18 iyun 2024 19:50 (UTC +04:00)

İmtahanda süni intellektdən istifadə etdi, həbs olundu

Türkiyədə süni intellektdən istifadə edərək imtahan vermək istəyən tələbə həbs edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tələbə internet bağlantısı, gizli kamera və biletdəki sualları oxuya bilən, eləcə də qulağındakı qulaqlıq vasitəsilə real vaxt rejimində cavab verə bilən süni intellekt proqramından ibarət mürəkkəb sistemdən istifadə edərkən tutulub.

Onun bu fırıldağı özünün qəribə davranışları sayəsində aşkarlanıb. Nəzarətçi abituriyentdə qəribə davranışlar hiss etməyə başlayıb. Bundan sonra o, binadan çıxarılaraq polisə təhvil verilib.

Türkiyədə universitet imtahanlarında fırıldaqçılıq ciddi cinayət hesab olunduğundan artıq o, həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4719
avatar

Oxşar yazılar