İLK DƏFƏ: Brus Linin ölüm səbəbi  AÇIQLANDI
19 noyabr 2022 14:45 (UTC +04:00)

İLK DƏFƏ: Brus Linin ölüm səbəbi AÇIQLANDI

İspan alimləri illər sonra məşhur aktyor və döyüşçü Brus Linin hansı səbəblə qəfil ölməsinin səbəbini tapıblar. Onlar Linin yaxınlarının verdiyi ifadələr əsasında onun xəstəliklərini, vərdişlərini analiz ediblər və belə qənaətə gəliblər ki, ulduz çoxlu su içmək səbəbi ilə ölüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Brus Li çoxlu su içirmiş. O, marixuana istifadə etdiyinə görə susuzluq yaranırmış və orqanizminin tələb etdiyindən çox su qəbul edirmiş. İstifadə etdiyi əlavə dərmanlar isə onda böyrək çatışmazlığına, bədənin su toplamasına səbəb olub.

Xatırladaq ki, Brus Li 1973-cü il 20 iyulda Honq- Konqda qəfil ölmüşdü. Onun “Ekvacestik” adlı preparatdan zəhərlənib öldüyü bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar