Rusiyanın Rostov vilayətində fərdi yaşayış evində yanğın baş verib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, yanğın Belokalitvinski rayonunda Lenin fermasında fərdi evdə qeydə alınıb. Nəticədə üç və dörd yaşlı uşaqlar ölüb. Hadisə zamanı valideynləri evdə olmayıblar.
Xilasedicilər yanan binadan daha üç azyaşlını çıxarmağa nail olublar. Onlar xəstəxanaya yerləşdirilib, həyati təhlükə yoxdur.
Yanğın söndürülüb.