II Yelizavetanın dəfninə gələn kraliça  COVID-19-a yoluxdu
21 sentyabr 2022 18:57 (UTC +04:00)

II Yelizavetanın dəfninə gələn kraliça COVID-19-a yoluxdu

Danimarka kraliçası II Marqretenin COVID-19 testi müsbət çıxıb.

Lent.az “Reuters”ə istinadla xəbər verir ki, sentyabrın 19-da II Marqret Britaniya kraliçası II Yelizavetanın Londonda baş tutan dəfn mərasimində iştirak edib. İki gün sonra onun yeni koronavirus infeksiyasına yoluxduğu məlum olub.

Danimarka kraliçası II Marqrete

82 yaşlı kraliça bir həftə ərzində bütün görüşlərini ləğv edib. Kral sarayının nümayəndələri əlavə şərh verməkdən imtina ediblər.

Marqrete II COVID-19-a qarşı peyvənd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2040
avatar

Oxşar yazılar