Finlandiya hökuməti istefa verməyə hazırlaşır.
Lent.az xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.
"Baş nazir Sanna Marin cümə axşamı, aprelin 6-da Mayntyniemidə (rəhbərin iqamətgahı) Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə hökumətin istefasını təqdim edəcək", - deyə məlumatda qeyd olunub.
Aprelin 2-də Marin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərində məğlub olduğunu etiraf edib.
O, Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyasının qələbəsini etiraf edib.