Hindistanda  güclü zəlzələ   baş verdi
05 aprel 2024 00:24 (UTC +04:00)

Hindistanda güclü zəlzələ baş verdi

Hindistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 25 min nəfər əhalisi olan Padam şəhərindən 35 km cənubda, 21 km dərinlikdə yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
 

# 1905
avatar

Oxşar yazılar