Həbsxanada dini terror təşkilat  yaratdı
13 fevral 2023 13:36 (UTC +04:00)

Həbsxanada dini terror təşkilat yaratdı

Novosibirsk birinci rayon hərbi məhkəməsi Rusiya koloniyasında terrorizmin təbliği ilə məşğul olan əcnəbi Caxongir Mullabayevi 9 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadən bildirir ki, o, Rusiya Cinayət Məcəlləsinin 205.2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar”) maddəsi ilə təqsirli bilinib. 

Məhkum Novosibirsk vilayətinin ciddi rejimli koloniyasının məhbusları arasında terrorçuluğun yayılması ilə məşğul olub və orada öz tərəfdarlarından dini ekstremist dəstə yaratmağa cəhd edib. Onun qanunsuz fəaliyyəti Federal Təhlükəsizlik Bürosu əməkdaşları tərəfindən üzə çıxıb.

Mullabayev əvvəllər Moskva Vilayət Məhkəməsi tərəfindən bir sıra xüsusilə ağır cinayətlərə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar