Hamilə olduğunu bilmirdi, qəfil doğdu  - Testlər və həkimlər YANILDI
15 noyabr 2023 11:41 (UTC +04:00)

Hamilə olduğunu bilmirdi, qəfil doğdu - Testlər və həkimlər YANILDI

İngiltərədə hamilə olduğundan şübhələnməyən iki uşaq anası qəfildən oğlan uşağı dünyaya gətirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Esseks qraflığının Stansted Mountfitçet şəhərindən olan 42 yaşlı Toni Braun oktyabrın sonunda evinin hamamında uşaq dünyaya gətirib. Britaniyalı qadın bir neçə ay əvvəl qarın nahiyəsində və “mədədə şiş” kimi ağrılı hisslər hiss etməyə başlayıb. Çoxsaylı hamiləlik testləri mənfi çıxıb. Gördüyü terapevt də hamiləlik əlamətlərini görməyib və Braun üçün testlər təyin etməyib.

Simptomlarından qurtulmaq ümidi ilə qadın pəhrizini dəyişsə də, bu da nəticəsiz qalıb. Təkrar müayinə zamanı həkimlər də diaqnoz qoya bilməyiblər və ona işlətmə dərmanı yazıblar. Oktyabrın 26-da Braun şiddətli ağrılarla xəstəxanaya yerləşdirilsə də, həkimlər ona sadəcə olaraq ağrıkəsici verib evə göndəriblər.

Həmin axşam Braunun əri vanna otağından onun qışqırdığını eşidib. Kişi otağa daxil olanda arvadını yerdə qan içində və yaxınlıqda yeni doğulmuş uşağın qışqırdığını görüb. Kişi etiraf edib ki, üçüncü dəfə ata olduğunu necə bildiyindən hələ də şoka düşüb: “Mən Teonu tutub dəsmalla sarmalı oldum. Mən sadəcə şoka düşdüm”.

Hadisə yerinə gələn təcili yardım maşını ana və uşağı xəstəxanaya aparıb. Məlum olub ki, Teo vaxtından altı həftə əvvəl doğulub. Uşaq dərhal küveysə yerləşdirilib. Hazırda uşaq sağlamdır və özünü yaxşı hiss edir.

Britaniyalı qadının əri doğuşdan əvvəl son aylarda qarnının güclə böyüdüyünü, ona görə də mümkün hamiləlik barədə düşünmədiklərini söyləyib. O, həkimlərin müayinələr zamanı heç nə hiss etməməsindən təəccübləndiyini bildirib. “Ona lazım olan tək şey müntəzəm ultrasəs müayinəsi idi. Lakin bizə heç vaxt onu aparmağı təklif etməyiblər”, - deyə kişi bildirib. O əlavə edib ki, hər halda oğlunun dünyaya gəlməsinə çox sevinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Oxşar yazılar