Hakan Fidan hədələdi: Əgər hərbi əməliyyat istəmirsinizsə....
08 yanvar 2025 05:52 (UTC +04:00)

Hakan Fidan hədələdi: Əgər hərbi əməliyyat istəmirsinizsə....

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yeni əməliyyatın baş verməməsi üçün bölgədəki terrorçuların ölkəni tərk etməli olduğunu bildirib.

APA Türkiyə mətbuatına istinadən xəbərverir ki, Fidan Suriyanın yeni rəhbərliyinin bölgədə qalan YPG terror təşkilatı üzvlərini məhv etmək üçün son hazırlıqlarını görür.

Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan yeni administrasiyanın mübarizə aparmaqdan çəkinmədiyini vurğulayan Fidan, bölgədə gələcək qarşıdurmaların qarşısını almaq üçün arzu olunan şərtlərin bəlli olduğunu deyib.

O bildirib ki, əgər YPG silahı yerə qoymağa razı olmasa, Suriyadakı administrasiyanın YPG-yə qarşı mübarizə aparmaq gücü var.

“YPG-yə verdiyimiz ultimatum aydındır. Əgər hərbi əməliyyat istəmirsinizsə, beynəlxalq terrorçu döyüşçülər ölkəni tərk etməlidir. Bundan əlavə, PKK liderləri ölkəni tərk etməlidir. Bunlar baş verməsə, hərbi əməliyyatlar aparılacaq.”, - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar